Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Tramp toy mərasiminin şənlik hissəsinin xərclərini ödəyən Kremlə yaxın rusiyalı biznesmen, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova (Lütfulloyev) həmin vəsaiti tam şəkildə geri qaytarıb.
Musavat.com xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib.
Trampın fikrincə, dost üçün ziyafət xərclərini ödəmək faktında heç bir qanunsuzluq yoxdur və o özü də dəfələrlə belə addım atıb. Lakin Prezident əlavə edib ki, bu əhvalatdan xəbər tutan kimi oğlundan məsələni soruşub və Donald Tramp-kiçik ona: "Atacan, mən pulu ona geri qaytarıram",-deyə cavab verib. Ağ Ev rəhbəri həmçinin oğlunun Kremlyovun Rusiya rəhbərliyi ilə əlaqələrindən xəbərsiz olduğunu və onun tərcümeyi-halını araşdırmadığını istisna etməyib. "The Washington Post" nəşrinə məlumat verən mənbə də vəsaitin artıq iadə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, bir qədər əvvəl oğul Trampın həyat yoldaşı Bettina Anderson "əziz dostumuz Umar"ın toy silsiləsindən iki möhtəşəm qonaqlıq təşkil edərək onlara inanılmaz dərəcədə səxavətli hədiyyə verdiyini açıqlamışdı. ABŞ Prezidenti isə ilk açıqlamasında bu faktı ümumiyyətlə, təkzib etmişdi.
Musavat.com
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ