İnsanlara hürriyət, millətlərə istiqlal!

53 yaşlı məşhur müğənni TANINMAZ HALDA - FOTOLAR

Bir vaxtlar artıq çəkisi ilə də gündəmə gələn müğənni Işın Karaca uzun müddətdir davam edən dəyişimi ilə diqqət çəkir.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçi arıqladıqdan sonra 36 bədən ölçüsünə qədər düşdüyünü açıqlayıb.

Karaca bildirib ki, əvvəllər geyimləri onun üçün xüsusi olaraq tikilirdi, indi isə hazır geyimləri rahatlıqla geyinə bilir.

53 yaşlı müğənni qidalanma rejimindən də danışıb. Işın Karaca gündə bir dəfə qidalandığını bildirib. Gün ərzində çox acdıqda dişlərini fırçaladığını deyən müğənni əsas yeməkdən əlavə ayran, kefir və ya su qəbul etdiyini söyləyib.

Karaca öz dəyişimini “Məsələ arıqlamaq deyil, sağlam olmaqdır” sözləri ilə ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR