Onlayn ictimai-siyasi qəzet
Türkiyə Ədliyyə Nazirliyi LGBT təbliğatına görə həbs cəzasının bir ildən üç ilə qədər artırılmasını təklif edən qanun layihəsi hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, eyni cinsli şəxslərin nişanlanması və evlilik mərasimlərinin keçirilməsi 4 ilə qədər həbs cəzası ilə nəticələnəcək.
Qanun layihəsi həmçinin cinsiyyətin dəyişdirilməsi qaydalarını sərtləşdirir.
Ərizəçilər məhkəməyə müraciət etməli, 25 yaşdan yuxarı olmalı və subay olmalıdırlar.
Cinsin dəyişdirilməsi əməliyyatı qaydalarını pozmaq 3-7 il müddətinə azadlıqdan məhrum etmə və cərimə ilə cəzalandırılır. Əməliyyat uşağa və ya icazəsiz şəxsə tətbiq olunarsa, cəzalar ikiqat artır.
Dəyişikliklərin təşəbbüskarları ailəni, ictimai əxlaqı və ənənəvi dəyərləri qorumaq, eləcə də “cinssizləşmə” prosesinə qarşı çıxmaq ehtiyaclarını izah edirlər.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ