İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin gücü bu ölkəni SİLKƏLƏDİ – ŞOK DETALLAR - VİDEO

Almaniyanın “Handelsblatt” qəzeti Türkiyənin müdafiə sənayesində əldə etdiyi böyük sıçrayışı təhlil edib.

Musavat.com-un xəbərinə əsasən, qəzet yazır ki, Türkiyə artıq güclü və özünə kifayət edən müdafiə sənayesinə malik ölkəyə çevrilib.

Ölkənin istehsal etdiyi müxtəlif hərbi sistemlər beynəlxalq bazarlarda getdikcə daha çox tələb görür və Türkiyə qlobal silah bazarında öz payını artırır.

“Handelsblatt” Türkiyənin müdafiə sənayesində əldə etdiyi nəticəni xarakterizə edərkən diqqətçəkən ifadədən istifadə edib. Qəzetin təhlilində deyilir:

“Türkiyə “NATO-dakı dostları” sayəsində dünyanın ən böyük silah ixracatçılarından birinə çevrildi. Onlar Türkiyəyə hərbi texnika satmadılar, Türkiyə isə həmin texnikanı özü istehsal etdi”.

“Handelsblatt” Türkiyənin müdafiə sənayesindəki transformasiyasını ixrac göstəriciləri əsasında da qiymətləndirib.

Qəzetin istinad etdiyi məlumatlara görə, Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ixracı 2000-ci illərin əvvəlindəki təxminən 200 milyon dollar səviyyəsindən ötən il 8,5 milyard dollara çatıb.

Bu müddət ərzində ixracda qeydə alınan nəhəng artım Türkiyənin həm müdafiə sənayesində istehsal imkanlarını genişləndirdiyini, həm də beynəlxalq silah bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir.

Məqalədə Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ixracındakı artımın bu il də davam etdiyi bildirilir.

Rəsmi məlumatlara əsasən, sektorun ixracı bu ilin ilk yeddi ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26 faizdən çox artıb.

Beləliklə, Türkiyənin müdafiə və aviasiya sənayesinin ilin ilk yeddi ayındakı ixracı təxminən 5,8 milyard dollara çatıb.

“Handelsblatt” öz təhlilində Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına da yer verib.

SIPRI-nin məlumatlarına görə, Türkiyə 2021-2025-ci illəri əhatə edən dövrdə dünyanın ən böyük silah ixracatçıları arasında 11-ci yerdə qərarlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR