Onlayn ictimai-siyasi qəzet
Ukraynanın hərbi-siyasi gündəmində yeni və təhlükəli istiqamət formalaşıb.
Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirill Budanov Pridnestrovyeyə dair diqqətçəkən açıqlama ilə çıxış edərək, bu separatçı bölgənin Ukrayna tərəfindən “radikal yolla” sıradan çıxarıla biləcəyini bildirib.
Budanov Suspilne telekanalına müsahibəsində qeyd edib ki, Moldovanın Pridnestrovyeni hərbi yolla nəzarətə götürmək imkanları yoxdur, lakin Ukrayna üçün belə bir ssenari realdır.
“Pridnestrovyedə Rusiya hərbi kontingenti yerləşir və özünü orada kifayət qədər rahat hiss edir. Bu isə Ukrayna üçün potensial təhlükə yaradır. İstəsək, bu məsələni radikal şəkildə həll edə bilərik”, – deyə Budanov bildirib.
O, eyni zamanda vurğulayıb ki, belə bir addımın atılıb-atılmaması birbaşa geosiyasi qərarlardan asılıdır. “Bunu etmək lazımdırmı? Burada artıq geosiyasət başlayır”, – deyə o əlavə edib.
Jurnalistin Pridnestrovyenin tam ləğvinin zəruri olub-olmaması ilə bağlı sualına isə Budanov konkret mövqe bildirməkdən çəkinib.
Pridnestroviya haradadır?
Pridnestroviya Moldovanın şərqində, Ukrayna ilə sərhəd boyunca, Dnestr çayının sol sahilində yerləşən və beynəlxalq səviyyədə tanınmayan separatçı bölgədir. Regionda Rusiya hərbi qüvvələri hələ də mövcuddur.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ