Onlayn ictimai-siyasi qəzet
Ukrayna dronları Rostov bölgəsindəki Taqanroq-Mərkəzi aerodromunda Rusiyanın Mi-35 və Mi-8 helikopterlərini vurub.
Musavat.com “Militariy” nəşrinə istinadən xəbər verir ki, zərbə ötən gecə endirilib. Peyk görüntülərini təhlil edən "Absolutely Reliable" Telegram kanalının analitiklərinin fikrincə, zərbə nəticəsində bir Mi-8 helikopteri məhv edilib və bir Mi-35 zədələnib.
Aerodrom Ukrayna ilə dövlət sərhədindən təxminən 40 kilometr məsafədə yerləşir. Ondan Rusiya ordusu tərəfindən fəal şəkildə istifadə olunur, çünki İl-76 üçün nəqliyyat təyyarələri və komponentlərini təmir edən 325-ci Təyyarə Təmiri Zavodu onun ərazisində fəaliyyət göstərir.
Bir gün əvvəl, 6 sentyabrda Ukrayna Silahlı Qüvvələri Taqanroqun eyni bölgədə yerləşən Rostov-na-Donu aerodromuna hücum edib. Fire Point-in məlumatına görə, həmin gün Ryazan Neft Emalı Zavodundakı ən böyük xam neft emalı qurğuları da zərbə alıb.
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ