İnsanlara hürriyət, millətlərə istiqlal!

Varşavadan böyük həyəcan siqnalı: Polşa Baş naziri 7-8 aylıq böhran dövrünü elan etdi

Polşanın Baş naziri Donald Tusk Ukrayna, Polşa və bütün regionun təhlükəsizliyi üçün növbəti 7-8 ayın son dərəcə kritik və həlledici olacağını bəyan edib.

Musavat.com xəbər verir ki, Polşa hökumətinin rəhbəri Rusiyanın həm Ukraynadakı müharibədə, həm də bütün region miqyasında ciddi şəkildə miqyaslı eskalasiyaya (gərginliyi artırmağa) hazırlaşdığına dair kəşfiyyat məlumatlarının olduğunu bildirib.

"Biz ən müxtəlif ssenarilərə hazır olmalıyıq. Şübhəsiz ki, önümüzdəki 7-8 ay kritik dövr olacaq, çünki Rusiya-Ukrayna müharibəsi tarixi bir dönüm nöqtəsindən keçir", – deyə Donald Tusk vurğulayıb.

Polşa Baş naziri əlavə edib ki, Moskva üçün qarşıdan gələn payız və qış ayları əsas strateji dövr hesab olunur.

Müxtəlif xüsusi xidmət orqanlarının qiymətləndirmələrinə istinad edən Tusk, Rusiyanın yeni dalğa çərçivəsində təxminən 600 min nəfəri hərbi səfərbərliyə cəlb etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR