İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin dəfn mərasimindən GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. 

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. 

Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.

Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR