İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibətilə təbrik etdi

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Heydər Əliyev Mərkəzi – müasir memarlığın şah əsərlərindən biri – Amerika Birləşmiş Ştatlarının 250 illiyi münasibətilə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb. ABŞ-dakı dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!”, - deyə paylaşımda qeyd olunub.

Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb.

photo_2026-07-03_22-47-29.jpg (45 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR