İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei: Xaricdən idarə olunan plan çökdü

İranın ali dini lideri Əli Xamenei ölkədə baş verən son etiraz aksiyaları ilə bağlı ABŞ və İsrailə qarşı sərt ittihamlarla çıxış edib.

Musavat.com xəbər verir ki, Xamenei İranda yaşanan hadisələrin daxili proses olmadığını, xaricdən planlaşdırılıb idarə edildiyini iddia edib.

Onun sözlərinə görə, sözügedən etirazlar “təsadüfi narazılıq dalğası” deyil, xarici kəşfiyyat strukturlarının koordinasiyalı fəaliyyətinin nəticəsidir: “Son üsyan sionistlər və ABŞ tərəfindən təşkil edilib. Mənə bir kanal vasitəsilə məlumat verildi ki, MKİ və Mossad bütün resurslarını sahəyə yerləşdiriblər. Lakin onlar uğursuzluğa düçar oldular. Üsyan planı xaricdə hazırlanıb və xaricdən idarə olunub”. 

Ali lider çıxışında etiraz aksiyalarında iştirak edənləri terror təşkilatı İŞİD-lə müqayisə edərək ağır ittihamlar səsləndirib. Onun iddiasına görə, etirazçılar terror metodlarından istifadə ediblər: “İŞİD kimi, iranlı təxribatçılar insanları diri-diri yandırıblar, başlarını kəsiblər. Onlar İŞİD-in törətdiyi vəhşiliklərin eynisini ediblər”. 

 

Musavat.com

a9f4b353-8d6a-4cac-a534-0d2d52c6924e.jpg (74 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR