İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

"ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı bəzi obyektləri hədəf alına bilər".

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bu sözləri "Press TV"yə müsahibəsində deyib.

"Amerikanın BƏƏ və Hörmüz boğazı ətrafında çox bahalı aktivləri var ki, biz onları hələ də öz hədəflərimiz sırasına daxil etməmişik", - deyə Rzayi bildirib.

General xəbərdarlıq edib ki, əgər müharibə yenidən başlasa, bu obyektlər İran ordusunun hədəfinə çevriləcək.

Onun sözlərinə görə, söhbət kabellər, data mərkəzləri, süni intellekt qurğuları və mərkəzlərindən gedir: "Bu obyektlərin ümumi dəyəri 2 trilyon dollardan çoxdur".\NOCOMMENT.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR