Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin sabiq rəisi, general Vladimir Verxovtsev bildirib ki, Yeni torpaq (Novaya Zemlya) adasında yerləşən nüvə sınaq poliqonu tam istifadə üçün hazır vəziyyətə gətirilib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, poliqonda texniki baza və infrastruktur yenilənib və əgər ölkə rəhbərliyi nüvə sınaqlarının bərpası barədə qərar versə, bu əməliyyat çətinliksiz həyata keçirilə bilər.
“Poliqon hazırdır. Əgər rəhbərlik tərəfindən göstəriş verilərsə, sınaqlar həyata keçiriləcək”, — deyə Verxovtsev bildirib.
Hazırda rəsmi səviyyədə nüvə sınaqlarının bərpası elan olunmayıb. Rusiya 1990-cı illərin əvvəlindən fiziki nüvə partlayışları yerinə kompüter modelləşdirməsi və laborator simulyasiyalara üstünlük verir.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ