İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalujnı: "Krımı təcrid etmək planını 2023-cü ildə hazırlamışdıq"

Ukraynanın Böyük Britaniyadakı səfiri, ordunun sabiq baş komandanı Valeri Zalujnı bildirib ki, Krımın uzaqdan təcrid olunmasına dair əməliyyat planı hələ 2023-cü ildə hazırlanıbı, lakin Qərb tərəfdaşları həmin vaxt bu plana inanmayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Zalujnı bu barədə Ukrayna Böhran Media Mərkəzinin Diplomatik Klubunun iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, müasir müharibələrdə əvvəlki qaydalar artıq işləmir və bunu həm İran ətrafındakı hadisələr, həm də Rusiya-Ukrayna müharibəsi açıq şəkildə nümayiş etdirib.

"Köhnə qaydalar artıq işləmir. Bunu həm İrandakı müharibə, həm də Rusiya-Ukrayna müharibəsi parlaq şəkildə göstərdi. Məsələn, ərazilərin ilhaqı əvvəlki mənasını itirib", – deyə Zalujnı bildirib.

Sabiq baş komandan qeyd edib ki, Ukrayna 2023-cü ildə Krımın uzaqdan təcrid olunmasını nəzərdə tutan əməliyyat planını hazırlasa da, Qərb ölkələri onun uğur qazanacağına əmin olmayıblar.

"2023-cü ildə biz Krımın məsafədən təcrid edilməsi əməliyyatını hazırlamışdıq. Qərb tərəfdaşları o vaxt buna inanmadılar. Amma bu gün həmin model işləyir", – deyə o vurğulayıb.

Zalujnının sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin strateji baxımdan yalnız bir məqsədinə – Rusiyadan Krıma quru dəhlizinin yaradılmasına nail ola bilib.

Lakin o bildirib ki, Ukraynanın elmi-texnoloji üstünlüyü və orta mənzilli zərbə imkanları (midl-strike) nəticəsində Rusiya həmin dəhlizdən tam istifadə edə bilmir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR