İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ABŞ sülh planı ilə bağlı referendum keçirmək üçün şərtini açıqladı

Ukrayna ABŞ-ın sülh planı ilə bağlı referendum keçirməyə hazırdır. Lakin bu, yalnız Rusiyanın 60 günlük atəşkəsə razılaşması halında baş verəcək.

Musavat.com xəbər verir ki, bunları Ukrayna prezidenti Vladimir Zelenski Axios-a müsahibəsində deyib.

Ukrayna lideri qeyd edib ki, referendum keçirilməsi ciddi siyasi, logistika və təhlükəsizlik məsələlərini nəzərdə tutur. Buna görə də Zelenskinin sözlərinə görə, səsverməyə hazırlaşmaq və onu keçirmək üçün 60 günlük atəşkəs "ən kiçik şərtdir".

Prezident həmçinin əlavə edib ki, Rusiyanın Trampın planına razılaşmağa hazır olub-olmadığı hələlik ona aydın deyil: "Məndə bəzi kəşfiyyat məlumatları var... Amma hazırda yalnız liderlərin sözlərinə inanmaq istədiyim bir nöqtədəyəm".

Zelenski belə bir səsverməni Böyük Britaniyadakı Brexit referendumu ilə müqayisə edib - hər iki tərəfin son dərəcə mürəkkəb bir məsələdə aktiv kampaniyası ilə, lakin daha qısa müddət ərzində və müharibə vəziyyətində olan bir ölkədə.

O, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin razılaşmanın faydalarını izah etmək üçün Ukraynaya səfər etməyə hazır olduqlarını təsdiqləyib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın özünün də arqumentləri təqdim etmək üçün gələ biləcəyini istisna etməyib.

Lakin Ukrayna lideri xəbərdarlıq edib ki, əgər belə bir kampaniya davam edən Rusiya hücumları fonunda baş verərsə, bu, pis nəticələnəcək. Təhlükəsizlik zəmanətləri və iqtisadi faydalar barədə bütün söhbətlərə baxmayaraq, "insanlar raketlər görəcəklər".

Prezident qeyd edib ki, əgər insanlar təhlükəsizlik səbəbi ilə səs verməsələr, nəticə qeyri-qanuni görünə bilər: "İnsanların gəlib səs verə bilmədiyi referendum keçirməkdənsə, ümumiyyətlə, referendum keçirməmək daha yaxşıdır".

Adı açıqlanmayan ABŞ rəsmisi Axios-a bildirib ki, ruslar referendum keçirilərsə, atəşkəsə ehtiyac olduğunu başa düşürlər, lakin daha qısa müddət istəyirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR