Onlayn ictimai-siyasi qəzet
Dünyanın müxtəlif ölkələrindən minlərlə erməni İrandakı Müqəddəs Faddey monastırına ziyarət edib.
Musavat.com xəbər verir ki, ziyarət 16–18 iyul tarixlərində baş tutub. Ermənistanın İrandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Atrpatakan erməni yeparxiyasının rəhbəri arxiyepiskop Qriqor Çiftçyan bildirib ki, dünyanın müxtəlif ölkələrindən 3000 erməni İrandakı ən qədim xristian məbədi sayılan Müqəddəs Faddey monastırına ziyarət edib.
Onun sözlərinə görə, builki ziyarətin əsas məqsədi İranda və bütün dünyada sülh və əmin-amanlıq üçün dua etmək olub.
Musavat.com
21 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ