İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən SON DƏQİQƏ görüntüləri: Putin Trampın elçilərini qəbul etdi - VİDEO

Moskvada Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında danışıqlar başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya informasiya agentlikləri məlumat yayıb.

Rusiya tərəfdən görüşdə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

Kremlin mətbuat xidməti görüşün görüntülərini yayıb.

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüş zamanı diqqətçəkən ifadələr işlədib.

"Sizinlə ünsiyyət xatirələri həyatımın ən yaxşı və ən unudulmaz anlarından biri olacaq", - deyə Uitkoff Putinlə söhbətində bildirib. 

Trampın xüsusi elçisi həmçinin danışıqların səmərəli aparılması üçün Kiyevə atəşin üç gün müddətinə dayandırılmasına görə Rusiya tərəfinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Uitkoff və Kuşner sentyabrın 5-i günortadan sonra Moskvaya gəliblər. ABŞ prezidenti Donald Tramp səfər ərəfəsində bildirib ki, danışıqlarçılar özləri ilə müharibənin dayandırılması barədə təklif gətirəcəklər. Təklifin təfərrüatları məlum deyil. Sentyabrın 6-da Uitkoff və Kuşnerin Kiyevə səfər etməsi planlaşdırılır.

Amerika nümayəndə heyəti ilə danışıqlar fonunda Rusiya hakimiyyəti üç gün ərzində Kiyevə zərbələr endirməyəcəyini bəyan edib. Ukrayna isə Moskvaya zərbə vurmamağa hazır olduğunu bildirib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR