İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi pilotun adı rəsmən lüğətdə işlədiləcək – “Şumaxer” artıq kimlərə deyiləcək?

“Şumaxer” sözü Rusiyada rəsmi olaraq lüğət sözünə çevrilib.

Musavat.com xəbər verir ki, bundan sonra bu söz təkcə əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin soyadı kimi deyil, sürətli və riskli avtomobil sürməyi sevən şəxslər haqqında da işlədilə bilər.

“Şumaxer” sözü Rusiya Elmlər Akademiyasının Vinoqradov adına Rus Dili İnstitutunun lüğətinə daxil edilib.

Yeni mənaya əsasən, “şumaxer” sürətli sürməyi sevən, yollarda yüksək sürətlə avtomobil idarə edən və sürücülükdə riskli davranışları ilə seçilən şəxsə deyilə bilər.

Sözün bu mənada yaranması yeddiqat Formula 1 dünya çempionu Mixael Şumaxerin adı ilə bağlıdır. Alman pilot uzun illər yüksək sürət və avtomobil yarışlarının ən məşhur simalarından biri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR