İnsanlara hürriyət, millətlərə istiqlal!

51 yaşında vəfat edən Serhat Kılıçın Azərbaycan dilində DEDİYİ REP gündəm oldu - VİDEO

51 yaşında vəfat edən məşhur aktyor Serhat Kılıçın illər əvvəl qonaq olduğu verilişdə Azərbaycan dilində rep dediyi kadrlar yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan bu görüntülər aktyorun pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.

İllər əvvəl efirdə səsləndirdiyi həmin səmimi və unudulmaz rep performansı onun qəfil ölümündən sonra yenidən paylaşılaraq izləyicilərin diqqətini çəkib.

Xatırladaq ki, türkiyəli tanınmış aktyor İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən hərəkətsiz halda tapılıb və həkimlərin müayinəsi zamanı onun dünyasını dəyişdiyi müəyyən edilib.

Evdə aparılan baxış zamanı narkotik vasitə aşkarlanıb, hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı "şübhəli ölüm" işi açılaraq istintaq davam etdirilir. Aktyorun ölümündən qabaq son anlarına dair təhlükəsizlik kamerası görüntüləri də yayılıb.



İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR