Onlayn ictimai-siyasi qəzet
İran və Oman Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkət marşrutlarının yaradılması ilə bağlı intensiv danışıqları yekunlaşdırmaq üzrədir.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyanatla çıxış edib.
Diplomat bildirib ki, boğaza sahildar iki dövlət kimi İran və Oman arasında aparılan məsləhətləşmələr artıq son mərhələyə daxil olub:
"Yekun razılaşma əldə olunduqdan sonra, gəmilərin Hörmüz boğazından müvəqqəti təhlükəsiz keçidini nəzərdə tutan birgə İran-Oman anlaşma memorandumunun yaxın günlərdə Beynəlxalq Dəniz Təşkilatında (İMO) rəsmi olaraq qeydiyyata alınması gözlənilir".
Bu addımın strateji su yolunda sabitliyi təmin edəcəyi və qlobal dəniz ticarəti üçün riski azaldacağı vurğulanır.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ