Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə dəniz nəqliyyatına və gəmilərə hücumların artacağı təqdirdə dünya bazarında "Brent" markalı neftin bir barelinin qiyməti 120 dollara qədər kəskin sıçraya bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Goldman Sachs" bankının qlobal əmtəə bazarlarının tədqiqatı üzrə həmrəhbəri Daan Struyven "Bloomberg TV"yə müsahibəsində xəbərdarlıq edib.
Ekspert bildirib ki, son günlərin gərgin hadisələri dəniz daşımalarında yaranan fasilələrin daha geniş miqyas alması və dərinləşməsi riskinin olduqca yüksək olduğunu göstərir. Bununla belə, bank mənfi ssenari ilə yanaşı, regionda neft ixracının normallaşacağı təqdirdə qiymətlərin 80 dollara qədər düşə biləcəyi ehtimalını da nəzərdən keçirir.
Qeyd edək ki, gərginliyin artması fonunda "Brent" nefti üzrə son əməliyyatlar artıq 97 dollar səviyyəsinə yaxınlaşaraq maksimum hədlərdə icra olunub.
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ