İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR rəsmisindən dronlarla bağlı VACİB AÇIQLAMA

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) çərçivəsində “Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan tədbirə qədər” sessiya təşkil olunub.

Musavat.com xəbər verir ki, tədbirdə operatorların getdikcə daha təkmilləşən metan müşahidələrini yoxlanılmış, vaxtında və genişmiqyaslı emissiya azalmalarına necə çevirə biləcəyi müzakirə olunur.

Müzakirə peyk məlumatlarının, hava vasitəsilə aparılan monitorinqin və yerüstü ölçmələrin əməliyyat qərarlarının qəbul edilməsi, təmir işlərinin prioritetləşdirilməsi və şəffaf hesabatlılıqla əlaqələndirilməsinə həsr olunub.

BP-nin karbon emissiyaları üzrə regional meneceri Anar Mansurov bildirib ki, Avropada qanunvericiliyin dəyişməsi neft-qaz şirkətlərini təşfiq etdi:

“Real vaxt rejimi vasitəsilə tənzimləmələri anlayırıq. Vahidləşmiş emissiya səviyyəsini balanslaşdırmağa nail olmuşuq, metan emissiyalarını azalda bilmişik. Ümumiyyətlə, səmt qazı və metan emissiyaları ən mürəkkəb mövzulardan biridir”.

SOCAR-ın Ətraf Mühit üzrə Hesabatlılıq və Yaşıl İşlər Departamentinin rəhbəri Mustafa Qurbanlı isə deyib ki, 2023-cü ildə anons edilən hədəflər var idi:

“2050-ci ildə xalis 0-a yaxınlaşmalıyıq. Beynəlxalq partyorlarla əməkdaşlığı gücləndirməliyik. Qabaqcıl təcrübələri öyrəndik. Regional tərəfdaşlarla da işləyirik. Qlobal çağırışlara cavab veririk. Bizim üç səviyyəli yanaşmamız var. Peyk görüntülərdən istifadə edirik. Dronlar da enerji sənayesinin vacib hissəsinə çevrilib. Dekarbonizasiya proqramı uğurla davam edir. SOCAR süni intellektdən də istifadə etməyə başlayıb”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR