Onlayn ictimai-siyasi qəzet
Türkiyədə həbs edilən müğənni Tuğba Ekinci və Ahmet Yılmazın polis, prokurorluq və məhkəmə ifadələri ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Kızılcahamam Baş Prokurorluğunun koordinasiyası ilə sosial media platformalarında pornoqrafik məzmunların yayımlanması ilə bağlı istintaq çərçivəsində 5 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Tuğba Ekinci, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım saxlanılıblar. Şübhəlilərdən Ekinci, Yılmaz, Dikici və Akın Türkiyə Cəza Məcəlləsinin 226-cı maddəsi ilə həbs olunublar. Çağlayan Yıldırım barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.
Tuğba Ekinci prokurorluqdakı ifadəsində Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin müəyyən etdiyi və başqa bir sosial media hesabından yayımlanan görüntülərin özünə aid olduğunu etiraf edib. Müstəntiqlərin diqqətini çəkən əsas məqam isə müğənninin bu paylaşımların pornoqrafik xarakter daşıdığını qəbul etməsi olub.
Ekinci ifadəsində, ayıq gəlirinin 50 min TL olduğunu da bildirib.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ