Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Zəngəzur bölgəsində, Həkəri körpüsü yaxınlığındakı sərhəd sahəsinin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında fikir ayrılığının olduğu bildirilir.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Teğ birləşdirilmiş icmasının rəhbər müavini, Kornidzor kəndinin rəhbəri vəzifəsini icra edən Suren Amaryan deyib.
Onun sözlərinə görə, Ermənistan sərhədçiləri dörd ildən artıqdır burada yerləşərək sərhədin 18 kilometrlik hissəsinə nəzarət edirlər. Amaryan bildirib ki, bu müddət ərzində nə Azərbaycan, nə də Ermənistan tərəfindən atəş açılması halı qeydə alınmayıb və kənd sakinləri gündəlik işləri ilə məşğul ola bilirlər.
Amaryan Həkəri körpüsü yaxınlığındakı ərazinin delimitasiyası məsələsində tərəflərin mövqelərinin üst-üstə düşmədiyini söyləyib.

“Həkəri körpüsündə delimitasiya ilə bağlı problem var. Azərbaycanlılar irəliləmək istəyirlər, amma biz imkan vermirik. Bu məsələ ilə sərhəd qoşunları məşğul olur, biz müdaxilə etmirik. Azərbaycanlılar deyirlər ki, ‘bizim torpaqdır’, biz isə deyirik ki, ‘bizimdir’”, – deyə Amaryan bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi körpüyə bitişik ərazinin Azərbaycana məxsus olduğunu bildirir.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ