Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Afyonkarahisar vilayətində nəfəs darlığı və öskürək şikayətləri ilə xəstəxanaya müraciət edən şəxsin ağciyərində qeyri-adi yad cisim aşkarlanıb.
Musavat.com xəbər verir ki, müayinə zamanı Rəcəb Arslanın ağciyərində əvvəlcə kütlə olduğu düşünülüb. Lakin Afyonkarahisar Sağlıq Elmləri Universitetinin xəstəxanasında aparılan bronxoskopiya zamanı kütlə hesab edilən cismin əslində sarımsaq olduğu müəyyənləşib.
Sinə xəstəlikləri üzrə mütəxəssis dosent Aydın Balcı və komandası sarımsağı bronxoskopiya üsulu ilə uğurla çıxarıb. Məlum olub ki, sarımsaq təxminən 6 ay əvvəl nəfəs borusundan ağciyərə düşüb.
Rəcəb Arslan təxminən iki ildir sağlamlığına faydalı olacağını düşünərək, “şəfa olsun” deyə sarımsağı çeynəmədən udduğunu bildirib. Bu müddətdə onun nəfəs darlığı və öskürək tutmaları getdikcə artıb.
“Nəfəs almaqda çox çətinlik çəkirdim və öskürək tutmalarım artırdı. İndi rahatam. Sarımsaq çıxanda sevindim. Biz onu kütlə hesab etmişdik”, – deyə Rəcəb Arslan bildirib.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ