İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzinin litri 1 qəpik - İran 110 litrdən çox istifadə edənlər üçün qiyməti bu qədər qaldıracaq

İran hökuməti ayda 110 litrdən çox benzin istifadə edənlər üçün yanacağın qiymətini artırır.

Musavat.com xəbər verir ki, yeni tarif sentyabrın 8-dən qüvvəyə minəcək.

Reuters-in məlumatına görə, İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib ki, ilk iki güzəştli tarif üzrə ümumilikdə 110 litr benzinin qiyməti dəyişməyəcək.

Avtomobil sahibləri ayda ilk 60 litr benzini litri 15 min riala (təxminən 1 qəpik), əlavə 50 litri isə litri 30 min riala (təxminən 2 qəpik) ala biləcəklər.

Aylıq 110 litrlik hədd keçildikdən sonra benzinin bir litrinin qiyməti 100 min rial (təxminən 7 qəpik) olacaq. Reuters bu məbləğin sərbəst bazar məzənnəsi ilə təxminən 4 ABŞ sentinə bərabər olduğunu bildirir.

Mohaceraninin sözlərinə görə, qiymət artımı yalnız ayda 110 litrdən artıq benzin istifadə edən istehlakçılara təsir göstərəcək və qərar “mövcud şərait” nəzərə alınaraq qəbul edilib.

Reuters qeyd edir ki, İran dünyada benzinin ən ucuz olduğu ölkələrdən biridir. Hökumət daha əvvəl yanacağın qiymətinin artırılmasını müzakirə etsə də, bunun yeni etirazlara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda qərar təxirə salınmışdı. 2019-cu ildə benzinin bahalaşdırılması İranda geniş etirazlara səbəb olmuşdu.

Qərar İranın müharibənin yaratdığı problemlər və ABŞ-nin ağır iqtisadi sanksiyalarının təsirləri ilə mübarizə apardığı bir dövrdə verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR