Onlayn ictimai-siyasi qəzet
2020-ci il 44 günlük müharibəsindən sonra Zəngəzurun Şıxovuz və Kilsəkənd kəndlərində vəziyyət ciddi şəkildə dəyişib.
Musavat.com xəbər verir ki, Azərbaycan Ordusunun yaxınlıqdakı yüksəkliklərdə mövqelənməsi kənd sakinlərinin gündəlik həyatına da təsir göstərib.
Erməni sakinlərin sözlərinə görə, Azərbaycan hərbçilərinin yerləşdiyi yüksəkliklərdən kəndlər və ətraf ərazilər aydın şəkildə müşahidə olunur.
Sakinlər mövcud vəziyyəti belə təsvir edirlər: “Azərbaycanlılar bizə yüksəklikdən baxırlar”.
Təhlükəsizliklə bağlı narahatlıqlarla yanaşı, kəndlərdə iqtisadi çətinliklərin də artdığı bildirilir. Onlarla hektar otlaq və əkin sahəsi Azərbaycan Ordusunun mövqelərindən müşahidə edilən ərazilərdə yerləşir. Bu səbəbdən yerli sakinlər həmin torpaqlardan əvvəlki kimi rahat istifadə edə bilmədiklərini deyirlər.
Məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə vəziyyəti müəyyən qədər yüngülləşdirmək mümkün olub. Təşkilatın yardımı ilə təxminən 40 hektar deqradasiyaya uğramış torpaq sahəsi bərpa edilərək yenidən əkin üçün yararlı vəziyyətə gətirilib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ