Onlayn ictimai-siyasi qəzet
İran rialının kəskin dəyər itirməsi ölkədəki iqtisadi vəziyyətin nə qədər ağırlaşdığını göstərən diqqətçəkən mənzərə yaradıb.
Musavat.com xəbər verir ki, İranın sərbəst valyuta bazarında 1 ABŞ dollarının məzənnəsi 2,2 milyon rialı keçərək tarixi minimuma enib. Bu məzənnə ilə cəmi 300 ABŞ dolları təxminən 660-663 milyon İran rialına bərabərdir.
Məbləğin fiziki həcmi də diqqət çəkir. 663 milyon rialı geniş istifadə olunan 100 min riallıq əsginaslarla hesablasaq, 6 630 əsginas alınır. Hər paçkada 100 əsginas olduğu halda bu, təxminən 66 tam "paçka" pul deməkdir.
Rialın sürətlə ucuzlaşmasının əsas səbəbləri sırasında ABŞ-nin İrana qarşı iqtisadi təzyiqlərinin sərtləşməsi, ölkənin xarici valyuta gəlirlərinin azalması və neft ixracındakı kəskin geriləmə göstərilir.
İran iqtisadiyyatı rialın dəyərdən düşməsi ilə yanaşı, yüksək inflyasiya və xarici valyuta çatışmazlığının təzyiqi altındadır.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ