Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda sosial şəbəkədə canlı yayım zamanı qeyri-etik ifadələr işlədən və ictimai qaydanı pozan 24 yaşlı qadın cərimələnib.
Musavat.com Minval-a istinadən xəbər verir ki, hadisə qadının ofisiant işlədiyi kafedə baş verib.
Sərxoş halda olan qadın müştərilərdən biri ilə münaqişəyə girib və canlı yayım zamanı söyüş söyməyə başlayıb.
O, ərazidə olan polis əməkdaşlarının xəbərdarlıqlarına ilkin olaraq məhəl qoymayıb və onların qanuni tələblərini yerinə yetirməyib.
Bununla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Qeyd olunan maddə xüsusilə internetdə açıq şəkildə nümayiş etdirilməklə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur.
Məhkəmənin qərarı ilə həmin şəxs 500 manat məbləğində cərimə edilib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ