İnsanlara hürriyət, millətlərə istiqlal!

Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video

Qazaxıstanda su hövzəsində tələyə düşən at iki sutkadan sonra xilas edilib.

Musavat.com xəbər verir ki, hadisə Petropavlovsk yaxınlığındakı bağ massivlərinin ərazisində baş verib.

At su hövzəsindən öz gücü ilə çıxa bilməyib və iki sutka suda qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları heyvanın ayaqlarını kəndirlərlə bərkidərək onu ehtiyatla sahilə çıxarıblar.

Xilasetmə əməliyyatı uğurla başa çatıb. Uzun müddət suda qalması səbəbindən taqətdən düşən at sağ-salamat sahibinə təhvil verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR