İnsanlara hürriyət, millətlərə istiqlal!

Yemək yeyən kimi yenə acırsınız? - Səbəbi bu imiş

Daimi aclıq hissi hətta yeməkdən sonra da davam edirsə, bunun səbəbi seçilən qidaların kifayət qədər doyumlu olmaması ilə bağlı ola bilər.

Diyetoloq Federika Amati davamlı aclıqla mübarizənin ən təsirli yollarından birinin rasionda lifli və bitki mənşəli məhsulların miqdarını artırmaq olduğunu bildirib.

Onun sözlərinə görə, lif həzmi yavaşladır, bağırsaq mikroflorasını yaxşılaşdırır və orqanizmin daha uzun müddət tox qalmasına kömək edir. Diyetoloq liflə zəngin bitki mənşəli qidalarla yanaşı, keyfiyyətli zülal və faydalı yağların da qəbulunu tövsiyə edib:

“Paxlalılar, qoz-fındıq, toxumlar, bütöv meyvə və tərəvəzlər, tam taxıllı məhsullar, yumurta, süd məhsulları və yağlı balıqlara üstünlük verin. Bu qidalar qida maddələri ilə zəngindir və yavaş həzm olunduğu üçün gün ərzində enerjinin tədricən ayrılmasını təmin edir”.

Mütəxəssis əlavə edib ki, bəzi insanlar susuzluğu aclıq hissi ilə səhv sala bilər. Bu səbəbdən gün ərzində müntəzəm su içmək vacibdir.

İştahanın tənzimlənməsində fiziki aktivlik də mühüm rol oynayır. Mütəxəssis bildirib ki, hərəkət stressi azaldır, yuxunu yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləməyə və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR