İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafanın kəndlərində Azərbaycan Ordusu vahimə yaratdı - Rəsmən çağırış başladı

Ermənistanın Qafan icmasının rəhbər müavini Qor Tadevosyan Azərbaycan Ordusunun sərhəd istiqamətindəki mövqelərinin ciddi təhlükəsizlik problemləri yaratdığını bildirib və delimitasiyanın məhz bu ərazilərdən başlanmasını təklif edib.

Musavat.com xəbər verir ki, Qor Tadevosyan jurnalistlərə açıqlamasında 2020–2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Nerkin Hand və David Bek kəndləri istiqamətində Ermənistan tərəfinin öz ərazisi hesab etdiyi sahələrdə mövqe tutduğunu bildirib.

Erməni rəsmisinin sözlərinə görə, yaranmış təhlükəsizlik problemlərinə baxmayaraq, vəziyyət sözügedən kəndlərdən əhalinin köç etməsinə səbəb olmayıb.

Tadevosyan hesab edir ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinə məhz Qafan istiqamətindəki bu ərazilərdən başlamaq olar.

O, həmçinin bildirib ki, sərhəddə yaranmış vəziyyət nəticəsində kəndlilər bəzi kənd təsərrüfatı sahələrindən istifadə imkanlarını itiriblər. Bu səbəbdən Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə deqradasiyaya uğramış torpaqlarda meliorasiya işləri aparılıb ki, kənd sakinləri həmin sahələrdən istifadə edə bilsinlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR