İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın düşməni ilə görüşəcək

Kanadanın Baş naziri Mark Karni sentyabrın 10-da Alberta ştatının Kalqari şəhərində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Musavat.com xəbər verir ki, bu, Karninin dərc olunan iş qrafikində əksini tapıb. Bundan əvvəl Karni Zelenski və həyat yoldaşının "9-11 sentyabr tarixlərində Kanadaya səfər etdiyi”nə dair açıqlama yayıb.
Kanada baş naziri Zelenski ilə "müdafiə, iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi" ilə bağlı məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, hazırda Kanada ilə ABŞ arasında kəskin iqtisadi konflikt yaşanır. Tramp administrasiyası çoxsaylı Kanada mallarının idxalını dayandırır, yaxud yüksək rüsumlara cəlb edir, Ottava da bu addımlara cavab olaraq bir sıra ABŞ mallarına yüksəkm rüsum tətbiq edib. Belə bir vaxtda Zelenskinin Kanadaya rəsmi səfər etməsi diqqəti cəlb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR