Свобода людям, независимость нациям!

ABŞ və İsrail İrana qarşı hansı “kart”ı işə salır?..

Müharibələr də qəribə olub, başlayar-başlamaz, ölkənin ən öncül fiqurları sıradan çıxarılır, halbuki bu adamlar başqalarından daha ciddi qorunur və qorunmalıdır da. Belədəsə, ya izləmə texnikaları çox təkmilləşib, ya da kəşfiyyatların işi daha effektiv olubdur. Qərəz, qonşuluqda hələki “raket müharibəsi” davam edir və hiss olunur ki, prosesi bitirmək, başa çatdırmaq üçün bir gün yerüstü, quru qoşunları da hərəkətə keçə bilər. Əvvəldən müharibənin üç senarisi təxmin edilirdi. Birincisi, “molla” rejimi tamamilə zəiflədilir, kapitulyasiyaya məcbur edilir və ABŞ-la İsrailin bütün tələbləri qəbul olunur. İkincisi, rejim də dəyişir, ölkə dünyəvi və demokratik sistemə keçid üçün start götürür.
Üçüncüsü, hətta bu da alınmır, demokratiyaya keçid də baş tutrmur, sepratist tendensiyalar güclənir, ölkə onların təzyiqi-təsirilə parçalanır...

Hələki sonuncu–parçalanma tendensiyası maksimum dərəcədə inkar edirlir, nəzərdə tutulmur. Bunu heç qardaş Türkiyə də istəmir, o səbəbdən ki, “kürd məsələsi”ndən ehtiyat edir. Ankaranı başa düşmək olar, kürdlərin məskunlaşdığı ərazilər ölkənin az qala, üçdən birini təşkil edir. Hələki Ankaranın təşvişi üçün ciddi əsas yoxdur. Düzdür, “kürd məsələsi” az qala, ikinci “Fələstin məsələsi”nə çevrilib, bir fərqlə ki, hələ heç kim 46 milyonluq xalqın-kürdlərin regionda dövlətinin yaranması haqqında qərar qəbul etməyib, amma indi ABŞ da, İsrail də onların araxasında durur və təzyiq rıçaqı kimi istifadə edirlər. Nə İraqda, nə də Suriyada “kürd məsələsi”ni ciddi şəkildə irəlilədilməyibdir. Amma onlar regionda aktiv “geosiyasi aktor” kimi qalmaqdadırlar. Hiss olunur ki, ABŞ-la İsrailin İrana qarşı müharibədə də kürd faktorundan istifadə etmək plaları var. Bir səbəbi budur ki, İran daxilində güclü dayaq tapa bilmirlər, daxildəki etirazların güclü fiqurları gözə dəymir. Vaşinqton əvvəlcə Pəhləvidən istifadə etməyə çəhd etdi, amma onun xaricdəki İran diasporu arasında dayaqları güclü olsa da, ölkənin içində onu qəbul etmirlər, xüsusən də İran türkləri – bizim soydaşlarımız deyəsən, Pəhləvi rejiminin keçmiş cinayətlərini nə unuda, nə də bağışlaya bilmirlər və çox təəssüf, preizdent Pezeşkian da təşəbbüsü ələ ala bilmir, halbuki bununçün müəyyən resusrları var və adam az qala, keçid hökumətinə başçıəlıq edə bilərdi, ona görə ki, pis-yaxşı, ölkənin seçilmiş prezidentidir və ən azı cənublu soydaşlarımız ona dəstək olar.
Amma hələ bu senarinin də ciddi əlamətləri görümür: nə cənublular cəhd edir buna, nə Türkiyə bu senarini düşünmür, nə də Pezeşkian özü buna çalışmır. Bəlkə də bizim cənublular düşünür ki, İran artıq onlarındır – ölkənin dini lideri də, siyasi lideri də cənubludur! Nə demək olar? Bəlkə elə həqiqətən bizim qonşu ölkədəki on milyonlarla cənublu qardaşlarımıza bu da bəs edir?..
Amma hiss olunan budur ki, nə Tramp, nə də Netanyahu hələki müharibəni dayandırmağı düşünmürlər və bir daha qeyd ediriki ki, onlar deyəsən, burada da “kürd kartı”nı aktivləşdirmək istəyirlər. Odur, Ankara proseslərə daha aktiv müdaxilə haqqında düşünsə, bizə elə gəlir ki, daha yaxşı olar. Suriyada Türkiyə irəli keçib nəzarəti əlinə ala bildi. Eyni missiyanı niyə məqamında İranda etməsin? Vaşiqntonun az qala, bütün maharibələrdə problemi canlı qüvvə olub və güman, indi də məhz bu, olacaq, ona görə yenə nəzərlər kürdlərə yönəlib. Biz hələ onu yada salmırıq ki, ötən əsrin ortalarında da ABŞ müharibələrdə Türkiyənin əsgəri resurslarından istifadə edirdi. Bəlkə yenə irəli keçmək məqamıdı?

Нет комментариев