Свобода людям, независимость нациям!

Август в Азербайджане оказался теплее климатической нормы

“Progress-iki min on altı” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Şirkət rəhbərinə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə irəli sürülən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb.

Məhkəmədə təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.

Hökmə əsasən, Emil Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi olan on üç il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi.

Buna səbəb İsfəndiyar Axundovun, yəni Şərurlu İsfəndiyarın, bir televiziya verilişində Emil Səməndərovu “dələduz” adlandırması olub.

Səməndərov qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan bu ifadəni özünə qarşı təhqir və böhtan hesab edərək qarşı tərəfin cəzalandırılmasını istəyib.

Məhkəmə şikayəti əsassız hesab edib və Şərurlu İsfəndiyara bəraət verib.

Нет комментариев

Лента новостей

03 Сентябрь 2026

Предыдущие новости