İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikadakı erməni mafiyası Qarabağı geri istəyir? - Paşinyanla daşnak düşüncəsi arasındakı fərq

İsveçrədə yaşayan bir xanım mənə maraqlı bir ismarıc göndərdi. Yazırdı ki, Netflix platformasında yayımlanan “The Cleaning Lady” serialına baxarkən diqqətini çəkən bir səhnə ilə qarşılaşıb. Söhbət ABŞ-da fəaliyyət göstərən erməni mafiyasının təsvir olunduğu epizoddan gedir. Onun qeyd etdiyinə görə, birinci sezonun üçüncü epizodunda, təxminən 26-cı dəqiqədə mafiya başçısı qızının toyunda oğlunu Ermənistana göndərəcəyini bildirir. Niyə? Hə, niyəsi çox maraqlıdır. Deyir ki, oğlum gedib "Azərbaycanın əlində olan erməni torpaqlarını" geri alacaq.

Filmə baxdım, araşdırdım. Doğrudan da səhnədə bu məzmun var və diqqətdən yayınmayacaq qədər açıq şəkildə səsləndirilir. Bu, sadəcə bir film replikası kimi qəbul oluna bilərdi, əgər arxasında daha geniş ideoloji fon dayanmasaydı.

Toy məclisində çıxış edən mafiya başçısı açıq şəkildə belə deyir: “Today, we celebrate not only the union of my precious Isabel and Ben, but we also celebrate our history, our culture, as we join two Armenian families. Our people have suffered so much heartbreak and loss. Our homeland has been torn apart by war. But no matter who we are, no matter where we go in the world, Armenia will remain our home. Which is why I am proud to announce that I will be sending my son Tarik to join the Armenian military, to help reclaim our land from Azerbaijan. I am sure he will make us all proud.”

Tərcüməsi isə belədir: “Bu gün biz yalnız əziz İzabel və Benin birliyini qeyd etmirik, həm də iki erməni ailəsinin birləşməsi ilə tariximizi və mədəniyyətimizi qeyd edirik. Xalqımız çox ağrı və itkilər yaşayıb. Vətənimiz müharibə ilə parçalanıb. Amma kim olmağımızdan və dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, Ermənistan bizim evimiz olaraq qalacaq. Məhz buna görə qürurla elan edirəm ki, oğlum Tariki Ermənistan ordusuna göndərəcəyəm ki, Azərbaycanın əlində olan torpaqlarımızı geri almağa kömək etsin. Əminəm ki, o, hamımızı qürurlandıracaq.”

Bu, konkret siyasi məzmun daşıyan, revanşist düşüncəni açıq şəkildə ifadə edən mesajdır.

Bəli, bunu deyən dövlət rəsmisi deyil, mafiyadır. Amma məsələ də məhz bundadır. Kriminal obrazın dilindən səslənən bu fikir təsadüfi deyil. Bu, illərlə formalaşmış və xüsusilə diaspor mühitində qorunub saxlanılan ideologiyanın birbaşa ifadəsidir. Qarabağın adı çəkilmir, amma hansı torpaqlardan söhbət getdiyini başa düşmək çətin deyil.

Bugünkü reallıq isə tam fərqlidir. Ermənistanın hazırkı hakimiyyəti, baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə açıq şəkildə bildirir ki, keçmiş iddialarla yaşamaq yeni fəlakətlərə yol açacaq. Onun mesajı sadədir: reallığı qəbul edin, yoxsa yenidən müharibə olacaq. Bu, emosional deyil, məcburi seçimdir.

Amma diaspor bu dili qəbul etmir. Xaricdə yaşayan və reallıqdan uzaq olan radikal dairələr hələ də köhnə xəritələrlə düşünür, köhnə şüarlarla yaşayır. Onların siyasəti yoxdur, onların yalnız yaddaşı və emosiyası var. Və bu emosiyanın adı revanşizmdir.

“The Cleaning Lady” serialındakı həmin səhnə də əslində bu gerçəyi ifşa edir. Bir tərəfdə məğlubiyyətdən sonra reallıqla barışmağa çalışan dövlət, digər tərəfdə isə uduzduğunu qəbul etməyən, bunu zorla dəyişmək istəyən düşüncə.

Problem ondadır ki, müharibələr çox vaxt məhz belə düşüncələrdən dolayı başlayır.

Reallıq dəyişib. Amma bəzi başlarda hələ də köhnə hava qalıb.

Elbəyi Həsənli, Bakı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 May 2026

21 May 2026

19 May 2026

18 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

07 May 2026

05 May 2026

04 May 2026

27 Aprel 2026

20 Aprel 2026

16 Aprel 2026

15 Aprel 2026

14 Aprel 2026

13 Aprel 2026

10 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

07 Aprel 2026

04 Aprel 2026

03 Aprel 2026

02 Aprel 2026

01 Aprel 2026

31 Mart 2026

30 Mart 2026

29 Mart 2026