İnsanlara hürriyət, millətlərə istiqlal!

Odla oyun: Gürcüstanın “dost itirən” vaxtımı? – Saakaşvili elə sözlər dedi ki...

Strateji tərəfdaşımız sayılan qonşu Gürcüstanın Avropa Birliyi və ABŞ-la münasibətləri hələ də gərgin olaraq qalır. Maraqlıdır ki, Ağ Ev rəhbərinin dəyişməsinə rəğmən, Vaşinqtonla ikitərəfli əlaqələr Tramp dönəmində də düzələnə oxşamır. Həmçinin az öncə rəsmi Tiflisin ABŞ hökumətinə münasibətlərə yeni təkan vermək barədə xahiş-çağırışı cavabsız qalıb.

Bu azmış kimi, Gürcüstan hökuməti sanki Azərbaycanla əlaqələrdə də lüzumsuz yerə problem yaradır. Azərbaycanlı TIR sürücülərinin qonşu ölkənin gömrük postlarında ərazisində on günlərlə yubadılmasına və əsassız yerə incidilməsinə ayrı ad tapmaq olmur.

Şübhəsiz, Azərbaycan vəziyyətdən xəbərdardır. Gürcüstandakı səfirliyimiz də işin içindədir. İstisna deyil ki, rəsmi Bakı digər kanallarla da problemi aradan qaldırmağa səy göstərir. Gəl ki, indiyədək “yük köhnə yerində” qalmaqdadır...

Məsələdə siyasi çaların olduğunu söyləyənlər az deyil. Qəribədir, Gürcüstan artıq onun əsas ticarət tərəfdaşına çevrilmiş Azərbaycanla münasibətlərdə niyə “qaşınmayan yerdən” qan çıxarmaq istəsin ki? Üstəlik, bu ölkə öz ərazisindən keçən neft-qaz kəmərlərinə (Bakı-Tiflis- Ceyhan, Bakı-Tiflis-Ərzurum), habelə Bakı-Tiflis-Qars dəmiryoluna görə hər il böyük məbləğlərdə tranzit rüsumları əldə edir, büdcəsini zənginləşdirir. Əlavə olaraq, Gürcüstan Azərbaycandan təbii qazı dünya qiymətinə deyil, aşağı qiymətlə alır. Ümumiyyətlə, bu ölkəyə bir çox başqa yaxşılıqlarımız da dəyib. Eləcə də qardaş Türkiyənin.

Sadalananların fonunda soydaşlarımızın incidilməsini anlamaq çətindir. Hə şey qırağa, bu cür hərəkətlər heç adi qonşuluq prinsipləri ilə də uzlaşmır. Amma gürcü rəsmiləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin vacibliyindən, regionda qarşılıqlı iqtisadi-ticari əməkdaşlığın zəruriliyindən tez-tez dəm vurmağı sevirlər. Prosesə töhfə verməyə hazır olduqlarını bəyan edirlər. Hanı bəs?..

Bu yerdə sabiq prezident Mixai Sakakşvilyə necə haqq qazandırmayasan?

Hazırda həbsdə yatan keçmiş prezident Gürcüstanın hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları – Azərbaycan və Ermənistanla münasibətləri pisləşdirməkdə günahlandırıb.

WhatsApp Image 2025-12-02 at 12.37.50.jpeg (161 KB)

“[Gürcüstanın Baş naziri İrakli] Kobaxidze Ermənistandan Gürcüstan QHT-lərini İrəvandan (Ermənistan indi gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Tiflisdə keçirilən konfransların hamısı İrəvana köçürülüb) çıxarmağı və onların hesablarını bağlamağı xahiş edir. Paşinyan hökuməti isə cavab olaraq bəyan edir ki, Ermənistanda xarici agentlər haqqında qanunu yoxdur, qanunu tətbiq etməyi planlaşdırmır və gürcülərin azadlığını məhdudlaşdırmaq üçün əlində heç bir əsas yoxdur. Ardınca Kobaxidze İrəvanı malların hərəkətinə məhdudiyyətlərlə hədələyir”, - Saakaşvili Facebook səhifəsində yazıb.

Eks-prezident ardınca yazır ki, Gürcüstan tərəfi Azərbaycan üçün də problem yaratmağa başlayıb. “Bu arada Tiflis artıq Azərbaycan üçün malların hərəkətinə problem yaradıb. Azərbaycan KİV-i haqlı olaraq məsələdə Rusiyanın təsirini görür”, - Saakaşvili vurğulayıb və rəsmi Bakının qəzəbini haqlı saydığını bildirib.

Bəs görəsən Tiflis odla oynadığının, öz ayağına güllə sıxdığının, yaxud oturduğu budağı kəsməklə məşğul olduğunun fərqindədirmi? Bununla o, gerçəkdənmi Rusiyaya reverans etmək istəyir? Nəyin nəminə? Guya Moskva Abxaziya və Cənubi Osetiyanı döyüşsüz-filansız ona qaytaracaq? Azərbaycan təcrübəsi görk olmadı?

Nəhayət, faktiki Bakı və Ankaranın hesabına ayaqda qalan Gürcüstanın “dost itirən” vaxtımı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

31 Iyul 2026

29 Iyul 2026

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026