İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfirini Zori Balayanla birləşdirən "dəyər"

Qatı Türk düşmənlərindən olan Zori Balayanın murdar cəsədi torpağa tapşırılıb. Azərbaycan xalqına qarşı çoxsaylı soyqırımı aktları və hərbi cinayətlərin, həmçinin, “miatsum”un əsas ideoloqlarından olan bu it nə yaxşı ki, ömrünün sonunda Qarabağın halal yiyəsinə necə qaytarıldığını öz iyrənc gözləri ilə gördü. Bir dəstə xuntaçı-revanşistin Bakıda hansı cəzalara çatdırıldığına şahidlik elədi.

Əlbəttə, könül istərdi ki, həm də Bakı metrosundakı terror aktının (3 iyul 1994) təşəbbüskarı olan bu terrorçu Azərbaycan türməsində gəbərəydi, azadlıqda yox. Onun sakitcə ölməyə haqqı yox idi. Hər necə olmasa, Balayan haqqında da beynəlxalq axtarış verilmişdi.

Amma yenə tək təsəllimiz bu ki, bu erməni şərəfsizə “miatsum”u, uydurma və mifik “artsax”ı gorbagor eləməklə heç olmasa, mənəvi əzab yaşatdıq, yerdə qalan həyatını cəhənnəmə döndərdik. İnşallah o dünyada da cəhənnəmin dözülməz əzabı əbədilik yoldaşı olar...

Bunlar öz yerində. Diqqəti çəkən məqam İrəvandakı kilsələrin birində təşkil olunan təmtəraqlı “vida mərasiminə” erməni quldur-başkəsənlərlə, revanşist-radikallarla yanaşı, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin də qatılmasıdır.

Bəllidir ki, səfir özünü yox, ölkəsini – Rusiyanı təmsil edir, onun rəsmi mövqeyini ifadə edir. O zaman Azərbaycana qarşı bu hörmətsizliyin anlamı və məqsədi nə?

Bu o deməkmi ki, Moskva hələ də “miatsuma” ümidlidir, erməni separatçıların yanındadır, keçmiş Dağlıq Qarabağ konfliktinin qapanmış saymır? Bəlkə cənab Kopırkin hələ də Balayanın vaxtilə Vladimir Putinə yazdığı və Qarabağı Rusiyaya birləşdirməyi təklif edən məktub-sayıqlamasının təsiri altındadır?

Təəssüf ki, belədir. “Su axar, çuxurunu tapar”...

Cəmi bir həftə öncə Kremldə Baş nazir Nikol Paşinyala görüşdə Rusiya prezidentinin təzədən Qarabağ mövzusunu gündəmə gətirmək istəməsi buna şübhə saxlamır. Biz onu da unutmamışıq ki, rəsmi Moskva Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə imza atdığı üçün (oktyabr, 2022, Praqa) Paşinyanı heç cür bağışlaya bilmir və hələ də ona qəzəblidir.

Səbəbi məlum: həmin olaydan sonra Bakı və İrəvan vasitəçi olmadan barışıq kursu götürüb, sülh müqaviləsi paraflanıb, sərhədlərin müəyyən hissəsi delimitasiya və demarkasiya olunub, artıq sərhəddə iki ildir atışma, ölüm-itim yoxdur, hətta ikitərəfli ticari əlaqələrə başlanıb. Beləcə, illərdir Azərbaycan və Ermənistana qarşı əsas təzyiq rıcaqı olan “Qarabağ kartı” Kremlin faktiki əlindən çıxıb.

Gəl ki, Rusiya Güney Qafqazla bağlı köhnə imperiya ambisiyalarından əl çəkməyib. Kopırkinin Zori Balayanı sanki öz əzizi kimi yad eləməsi bunun növbəti bariz sübutudur. Beynəlxalq axtarışda olmuş canini, insanlıq düşmənini səfirlə birləşdirən ortaq “dəyər”in adı sizcə, nədir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026