İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qan çilədiyi Cənubi Qafqaz və Türküstan sülhə qovuşur

Fərqanə vadisindən başlayan qırğınlar sona çatdı

Tyan-Şan, Zərəfşan və Hissar dağlarının əhatəsində yerləşən Fərqanə vadisi həm də Qırğızıstan, Tacikistan və Özbəkistan arasında müəyyən narazılıqlara yol açmışdı. Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biri də Fərqanə vadisi idi.

1990-ci ildə bu ərazidə qırğızlarla özbəklər arasında qırğın yaşandı. 2010-cu ildə də zorakılığa söykənən qanlı qarşıdurma davam etdi.

Daha öncə-1989-cu ildə isə Fərqanə hadisələri baş verdi. Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş hücum nəticəsində xeyli adam (bəzi mənbələrdə 97 nəfər) öldürüldü. Həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk etmək zorunda qaldı. O vaxt axısqa türklərindən 70 min nəfəri Azərbaycana pənah gətirdi...

2021 və 2022-ci illərdə isə Qırğızıstanla Tacikistan arasında Fərqanə vadisi ilə əlaqəli silahlı toqquşmalar baş verdi. Tərəflərin birgə itkisi 150 nəfərə yaxın oldu. 10 min insan qaçqın düşdü.

Sonra nə oldu? Rusiya-Ukrayna müharibəsi başladı. 21 fevral 2022-ci ildə Rusiya Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını müstəqil dövlət kimi rəsmən tanıdı. Üç gün sonra Putin televiziya ilə yayımlanan veriliş zamanı Ukraynada “xüsusi hərbi əməliyyat” elan etdi və bu, Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanğıcı oldu.

Sonra nə oldu? Ukraynanı 3 günə işğal edəcəyini düşünən Rusiya Ukrayna bataqlığında ilişib qaldı. İndi də o bataqlıqdan qurtula bilmir.

Nəticədə Rusiyanın Orta Asiya kimi təqdim etdiyi Türküstanda ciddi proseslər baş verdi. Belə ki, Sırdərya çayının sahilində, Fərqanə dərəsinin ağzında yerləşən Xücənddə ( bu şəhər 1939–1992-ci illərdə rəsmi olaraq Leninabad adlanırdı), paytaxt Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhərində Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri 2025-ci ilin martında bir araya gəldi və tərəflər arasında anlaşma əldə olundu. Və bölgəyə sülh və əmin-amanlıq pərvəriş tapdı.

Təbii ki, Rusiya-Ukrayna müharibəsi olmasaydı rəsmi Moskva burnunu Fərqanə vadisinə bir daha soxacaqdı. Rusiyanın burnu girən yerdən isə həmişə qan çıxır. Rusiya yenə şakərinə uyğun olaraq tərəfləri müharibəyə sövq edəcəkdi. Ancaq başı Ukraynaya qarışan zəif Rusiya bunu edə bilmədi.

Ümumiyyətlə, Rusiyanın təbiəti belədir. Ta imperiya dövründən indiyə kimi müxtəlif xalqları bir-birinə düşmən edib. Özü isə ortada hakim rolunda çıxış etməklə hər iki tərəfi öz təsir dairəsində saxlayıb.

Özü də bu proses təkcə Türküstanda baş vermədi. Cənubi Qafqazda da biz oxşar mənzərə ilə üzləşdik. Belə ki, Rusiyanın uzun müddət vasitəçilik etdiyi Ermənistan-Azərbaycan danışıqları daha çox İlham Əliyevin təkidi ilə birbaşa danışıqlar müstəvisinə keçdi. Burada nəticə necə oldu? Hər şey göz qabağındadır. Ermənistan nəyinki Azərbaycanla, həm də Türkiyə ilə anlaşmanın bir addımlığındadır.

O da aydındır ki, Rusiyanın hərbi-siyasi imkanı olsa, Ermənistan-Azərbaycan danışıqlarının dalana dirənməsi üçün mümkün olanları və olmayanları edər. Xoşbəxtlikdən Rusiyanın belə bir imkanı yoxdur. Buna baxmayaraq yenə də yaramazlığından əl çəkmir. Ermənistanda Nikol Paşinyanı devirmək üçün qriqoryan kilsəsini və həbsdə olan erməni əsilli rusiyalı iş adamı, oliqarx Samvel Karapetyanın tərəfdarları Rusiyanın vasitəsi ilə bir araya gəlib. Rusiyanın Azərbaycana qarşı törətdiyi yaramazlıqlar haqqında isə hər gün bir-birindən dəhşətli xəbərlər gəlir. Xüsusən Rusiyadakı soydaşlarımızı hədəf olan Rusiya onlara fiziki işgəncələr verir. Onların malını-mülkini yağmalayır.

Rusiya-Ukrayna müharibəsindən ən çox qazanan Cənubi Qafqaz və Türküstan oldu. Artıq bu bölgələrdə ABŞ+Böyük Britaniya+İsrail, Avropa İttifaqı, Çin, Türkiyə ciddi şəkildə fəallaşıb. Bu bölgədəki türk dövlətləri çox vektorlu siyasətə üstünlük verirlər. Yəni qarşılıqlı maraqlara söykənən münasibətlərin formalasmasına cəhd edirlər.

Zəngəzur dəhlizi açıldıqdan sonra isə Türkiyə Cənub Qafqazda və Orta Asiyada öz təsir imkanlarını daha da gücləndirəcək. Bu bölgədə olan türk dövlətlərinin Türkiyə üzərindən NATO-ya inteqrasiyası prosesinin də başlaması qaçılmaz olacaq. Gündəmdə olan Turan Ordusu layihəsinin də reallaşmasına az qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 May 2026

21 May 2026

19 May 2026

18 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

07 May 2026

05 May 2026

04 May 2026

27 Aprel 2026

20 Aprel 2026

16 Aprel 2026

15 Aprel 2026

14 Aprel 2026

13 Aprel 2026

10 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

07 Aprel 2026

04 Aprel 2026

03 Aprel 2026

02 Aprel 2026

01 Aprel 2026

31 Mart 2026

30 Mart 2026

29 Mart 2026