İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusun anladığı yeganə DİL – O, rus dili deyil...

Ukrayna üçün 2026 yəqin ki, ən kritik il olacaq. Elə işğalçı Rusiya üçün də. Ona qədər isə müharibə iki cəbhədə və daha amansız şəkildə davam edəcək: döyüş meydanında və təbliğat (antitəbliğat) müstəvisində.

“Ukrayna öz torpaqlarını və suverenliyini “satmır”. Bunu dünən BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın daimi nümayəndəsi Andrey Melnik bildirib.

Ardı bir az da sərtdir. “Biz bayram yarmarkasında deyilik. Məşhur “Çerkizov bazarı”nda da deyilik. Rusiya Ukraynanın təslim olmasını istəyir, mənim cavabım isə budur: hər şeyi əldə edə bilərsiz, Ukraynadan başqa”, - Melnik Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasili Nebenzyanın çıxışından sonra söyləyib. Özü də ifadəni o, rus dilində səsləndirib.

Doğru. Haranısa işğal eləmək olar, ancaq bir xalqın rəğbətini, sevgisini zorla qazanmaq, o xalqı qazanmaq mümkünsüz! Həmin xalq səninlə hətta oxşar dildə danışsa belə. Bu yolla yalnız nifrət, lənət yiyəsi ola bilərsən...

“Ukrayna taktiki məğlubiyyətlə üzləşəcək, amma strateji qələbə qazanacaq”.

Bu sözlərin müəllifi isə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebadır.

“Strateji qələbə rusların Ukraynanı işğal edib öz hakimiyyətlərini qura bilməməsindədir. İşğalın məqsədi məhz Ukraynanı dövlət və millət kimi məhv etmək idi. Taktiki məğlubiyyət isə ukraynalıların çətin qərarlar qəbul etməli olmalarıdır. Lakin bu, gələcəyi qurmaq üçün vacibdir”, - diplomat vurğulayıb...

Strateji qələbə naminə, gələcəyi qurmaq naminə taktiki-faktiki məğlubiyyət. Kuleba haqlıdır. Çünki söhbət əslində “Azərbaycan yolu”ndan gedir. Bizim başımıza da oxşar hadisələr gəlib. Ərazimizin 20 faizi uzun on illər erməni işğalı altında olub.

Hətta əsas hədəf Azərbaycanı bir dövlət kimi dünya xəritəsindən silmək idi. Fəqət, zaman və Azərbaycan təcrübəsi sübut elədi ki, dövləti xilas eləmək üçün heç olmasa, paytaxt daxil, onun əsas hissəsinin suverenliyini və müstəqilliyini, “baş-beyni” qorumaq çox mühümdür.

Bu, həmçinin “X günü” üçün milli vəhdəti qoruyub saxlamaq üçün gərəkdir. Qaçqınların varlığı faciə deyil, faciə qaçqınların öz ölkəsini qoyub başqa dövlətlərə səpələnməsidir. Ukrayna dövləti bunun qarşısını almalıdır. Daha bis səbəbə: normal əhali sayı həm də güclü və çoxsaylı orduya təminat deməkdir. Ukrayna ordusunun döyüş qabiliyyəti və ruhuna isə söz ola bilməz....

Zelenski də haqsız sayılmaz deyəndə ki, Moskva Ukraynanı tam işğal etmək məqsədindən əl çəkməyib. “Biz müharibəni elə bitirməliyik ki, bir il sonra Rusiya yenidən üçüncü dəfə hücum eləməsin. Belə imkan var, çünki onlar dövlətimizi işğal etmək məqsədinə çatmayıblar”, - Ukrayna lideri əlavə edib.

Əlbəttə, Putin Rusiyasının imkanı olsa, buna bir də cəhd edəcək. Amma nə yaxşı ki, Moskva bu məsələdə artıq özbaşına, sərbəst deyil. Ən azından qarşısında ABŞ, kollektiv Qərb var. Hansı qüvvə ki, böyük ehtimalla Ukrayna dövlətinin, daha dəqiqi, onun 80 faizinin əsas təhlükəsizlik qarantı olacaq.

Trampın tez-tez Zelenskini məzəmmət eləməsinə baxmayın, Amerika “dərin dövləti”, Konqres nə Trampı, nə də Putini “qırmızı xətləri” keçməyə qoymaz. Çünki bu, hər şeydən öncə ABŞ-dan ötrü beynəlxalq avtoritet, nüfuz, liderlik məsələsidir. Kiyevin əzici məğlubiyyəti, dünyada Vaşinqtonun məğlubiyyəti kimi qəbul ediləcək...

Qarantorlar sırasına Türkiyəni də əlavə eləmək olar. Qardaş məmləkət də Ukrayna dövlətinin süqutuna imkan verməyəcək. Rusiyanın dövlət kimi inkişafı isə müstəsna olaraq Qərb və Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamaqdan asılıdır. Rusiya iqtisadiyyatını getdikcə daha iflic durum salan sanksiyalar da elə.

Bunu Kremldə yaxşı bilirlər. Bir çox analitiklərə görə, müharibə daha bir uzansa, hələ bilmək olmaz Ukrayna, yoxsa Rusiya daha çox tükənəcək. Rusun başa düşdüyü “dil” də zatən budur: Moskvanı nələrin gözlədiyini praktikada, əməldə əyani göstərmək və ona qarşı real güc qoyub düşünməyə vadar eləmək.

Odur ki, Kiyevin strateji qələbəsindən danışanlar yanılmırlar. Ukrayna ərazi itirsə də, dövlət kimi artıq duruş gətirib. Üstəgəl, Avropada ən güclü, ən döyüşkən ordu qazanıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026