İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkozi, Adnan və 810 dollarlıq qələm – qələmi qırılanları birləşdirən “dəyər”

 

Diqqəti cəlb edən üç xəbər var: 1. Məhkəmə Sarkozunun həbsi ilə bağlı qərar verdi”: 2. “Rusiyanın Prezident Administrasiyası 97 min dollara 120 qələm alıb”; 3. “Bakını başına alan özbaşına tikintilər - həyəcan təbili”

Üç ölkədən bəhs edən üç fərqli xəbəri cəmi bir ortaq sözlə əlaqələndirmək lazımdırsa, belə bir termin var: korrupsiya.

Nikolya Sarkozini dünyada hamı tanıyır. Adam Fransanın 23-cü prezidenti olub, 2007-2012-ci illər arasında ölkəsini idarə edib.

Hakimiyyətdə olduğu vaxt sərt xətt tərəfdarı olan Sarkozi hakimiyyətdə olduğu zaman qalmaqallı siyasətçi olub. Ancaq ona qarşı irəli sürülən və sonda məhkum edilməsinə səbəb olan ittiham 2005-2007-ci illərdə apardığı seçki kampaniyasında Liviya lideri Müəmmər Qəzzafidən pul almasıyla bağlıdır.

N.Sarkozi korrupsiya, mənimsəmə və seçki kampaniyasının maliyyələşdirilməsi pozuntuları da daxil olmaqla, digər ittihamlara görə bəraət qazanıb, amma məhkəmə yenə də onu təqsirkar bilib.

Rusiyada baş verən korrupsiya olayı isə az qala anekdot kimi bir şeydir. Təsəvvür edin, prezidentin işlər idarəsi 8,16 milyon rubla 120 ədəd "Montegrappa Fortuna" markalı qələm alıb.

8.16 milyon rublu ABŞ dollarına çevirəndə 97 min dollar edir. Bu da o deməkdir ki, hər bir qələm 810 dollara alınıb (bizim pulla – 1377 manat).

Ölkənin iqtisadi durumunun ağır olduğu, hər gün Ukraynada aparılan işğalçılıq müharibəsinə milyonlar getdiyi bir vaxtda 2-3 manatlıq qələmə 1377 manat vermək, həm də bundan 120 dənə almaq hansı məntiqə sığır, görəsən.

O qələm nə yazacaq, nəyi imzalayacaq ki, üç manatlıq qələm onu yaza, imzalaya bilmir?

Bu, bəs-bəlli korrupsiya aktıdır, dövlət büdcəsinin talanmasıdır. Düzdür, bunun bizə dəxli yoxdur, amma bizim də bu sayaq problemlərimiz var.

Bizdə isə ölkənin paytaxtını başına götürən tikintilərdən danışan hüquqşünas Əkrəm Həsənov problemin iki səbəbindən birinin tikinti sahəsindəki korrupsiya olduğunu deyir.

O haqlıdır. Ölkədəki bir xeyli problemin mayasında məhz bu durur.

Elə bu günlərdə ölkədə böyük qalmaqala səbəb olan “Adnan Əhmədzadə işi” də ilk növbədə korrupsiya cinayətidir.

Onun xarici kəşfiyyata bağlılığı, iqtisadi diversiyada əlinin nə dərəcədə olub-olmaması hələ təsdiqlənməlidir, amma xirtdəyə qədər korrupsiya qazanında qaynayıb buğlanması dəqiqdir.

Hazırda tv-lərdə, saytlarda, sosial şəbəkələrdə Əhmədzadənin ölçüyəgəlməz varidatının kiçik bir hissəsi haqqında məlumatlar verilir. Adamın təkcə qoluna taxdığı saat necə bir korrupsioner olduğunun göstəricisi sayıla bilər.

Uzun illər əvvəl media korrupsiyadan yazanda hökumətin bəzi sözçüləri deyirdilər ki, korrupsiya bütün ölkələrdə var.

Onlar haqlı görünürdülər. Doğrudan da korrupsiyaya dair xəbərlər dünyanın ən öndəgedən ölkələrindən – ABŞ, Böyük Britaniya, Fransadan da gəlirdi.

Elə dünən Sarkozinin həbsi, eləcə də Rusiyada biri 810 dollara alınan qələm olayı göstərir ki, korrupsiyanın olmadığı ölkə çox azdır, ya da, demək olar ki, yoxdur.

Başqa sözlə, məsələ hansısa ölkədə korrupsiyanın olmasında deyil, məsələ korrupsiyanın miqyasındadır.
Elə ölkələr var ki, orada korrupsiya nəzərə çarpmayacaq dərəcədə, insanların həyatına, güzəranına ciddi təsir etməyəcək səviyyədədir.

Elə ölkələr də var ki, onlarda korrupsiya qudurmuş vəziyyətdədir. Belə ölkələr daha çoxdur. BMT-nin üzvü olan 200 civarında dövlətdən 170-nin adını ard-arda sadalamaq olar.

Bu ölkələrin sırasında hətta dünyada korrupsiyanın miqyasını ölçən ölkənin – ABŞ-nin özü də var. Keçmiş ABŞ prezidenti Cozef Baydenin vəzifəsini təhvil verdiyi günlərdə ailə üzvlərinin, xüsusilə də Ukrayna ilə korrupsiya əlaqələrində ittiham olunan oğlu Hanterin barəsində əfv fərmanı imzalamasının səbəbi bu idi.

Ancaq bizim başqa ölkələrlə işimiz yoxdur. Biz öz içimizə, işimizə baxmalıyıq.

Heç kəs bu ölkədə korrupsiyanın mövcudluğunu və ağırlıq dərəcəsini danmır. Ancaq korrupsiyanın bəlli bir məhdud çərçivədə saxlanılması üçün ictimai, inzibati və hüquqi mexanizmlər olmalıdır. Bu heç vaxt ayrı-ayrı məmurların insafına, vicdanına, səlahiyyətinə buraxıla bilməz. Korrupsiyanın tüğyan etdiyi ölkələrdə ən böyük korrusionerlər məhz korrupsiya ilə mübarizəyə rəhbərlik edənlərdir.

Bizdə bəzi sahələrdə haqq-ədalətin bərqərarı üçün (tələbə qəbulu, ASAN xidmət, DOST agentliyi və s.) müəyyən mexanizmlər olduğuna görə onlarda dürüstlük və şəffaflıq təmin edilib. Ancaq hələ də əsas korrupsiya yuvası olan tenderləri kimlərin necə qazanması sahəsində heç bir şəffaflıq yoxdur.

Kim bilir, bəlkə bizimkilərdən də kimlərsə 800 dollara qələm alıb gətirir...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

26 Iyul 2026

23 Iyul 2026

21 Iyul 2026

18 Iyul 2026

14 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

07 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

22 Iyun 2026

20 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

13 Iyun 2026

11 Iyun 2026

09 Iyun 2026

07 Iyun 2026

05 Iyun 2026

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026