İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz niyə konkret danışa, düşünə bilmirik?..

Bəri başdan deyim ki, üzürlü sayın. Özüm də özümə zidd gedəcəm, konkret danışmayacam, amma inanın ki, başqa səbəbdən. Hamı kimisə, bir nəfəri qaralayanda bundan zəhləm gedir, çünki güruhçuluqdur bu.

Ona görə də ad çəkməyəcəm. Onu deyəcəm ki, bizdə də ziyalı-millət problemi sarıdan korluq olmayıb, yetər ki, Sabiri xatırlayasan, böyük Mirzə Cəlili yada salasan. Amma mən belə məsələlərdə bir detalla heç vaxt razılaşmamışam, bu da bütün millətdən gileyənməkdir.

Bilirsiniz, bizə konkret adamlar pislik edir, mane olur, özmüzü reallaşdırmağa imkan verir. Bizsə bu adamlardan qorxduğumuzdandır, ehtiyat etdiyimizdəndir, ya bacarmadğımızdandırsa başlayırıq onların bizə qarşı etdiklərini bütün millətin adına yazmağa: millət belə oldu, azərbaycanlılar elə gəli, Azərbaycan elə getdi...

Sözsüz ki, millətin ümumi səviyyəsi, mədəniyyət aşağı olanda çoxluqdan da gileylənmək üçün əsas olur. Mən lap keçmişə qayıtmayacam. Amma bədbəxt millət bizim yaradıcı birliklərldəki, məsələn, Elmlər Akademiyasındakı, Yazıçılar Birliyindəki, nə bilim, Rəssamlar İttifaqındakı, daha nə bilim, Teatr və ya Kinematoqrafçılar Birliyi kimi təsisatlardakı problemlərdən xəbərsiz olur. Əgər bu təşkilatlarda kimsə sizi incidirsə buna ucqar bir dağ kəndidndə çobançılıq edən bədbəxt-biçarə azərbaycanlı neyləsin? Onlardan niyə küsürsünüz, onları niyə görə qınayırsınız? Bu adamlar neyləsinlər? Millətin günahı budur ki, çox pis seçicidir, çox pis oxucu və dinləyici, pis tamaşaçıdır, amma onlar demir ki, filankəsi sıxışdırın, inkişaf etməyə qoymayın, yaxşı mütəxəsiz olduğu halda işsiz qoyun!

Yox, şükür, indilər 37-ci il deyil, adamlar kiməsə salam verməyə görə qorxu yaşamırlar. Yox, belə şey yoxdur. Sadəcə, ölkəmiz tam azad deyil, çox şeylərdə yarımçıqlıqdır, həm də hər şey birdən yaranmır və razılaşmaq lazımdır ki, dahilər təkcə ona görə yoxdur ki, kimsə buna imkan vermir, yox, mühitimiz hələ nəinki ideal, heç əlverişli deyil bunun üçün - əlbəttə, bütün bunlar var, amma əsas səbəb budur ki, hələ dahilər yetişməyibdir, yoxdur və oturub bunlara hüzür qurmaqdansa nəsə etmək lazımdır, bəlkə birinci dahi elə siz özünüz olacaqsınız!..

Mən siyasi jurnalistəm, amma digər sferaları izləyirəm. Lap elə jurnalistikanın özündə vəziyyət qənaətbəxşdirmi? Yox, əksinə, bəlkə bununla bağlı milləti daha çox qınamaq olardı, çünki bütün dünyada buna bənzər proseslər getsə də hələ heç bir ölkə qəzetdən imtina etməyib və qəzet də oxuyurlar, kitab da! İnanmıram elə bir ölkə olsun ki, orada istedadlı müəllif öz hesabına buraxsın kitabını! Bir dəfə oxumuşdum ki, hətta Türkiyədə böyük qəzetlər hər il köşə yazarlarının yazılarını kitab kimi buraxırlar və insanlar da alıb oxuyurlar!..

Digər bir sahəni götürək. Məsələn, kino bütün dünyada gəlir gətirir. Bizdə isə bu, ən ələbaxım sahədir. Sovet vaxtı nə qədər kinoteatr vardı! Bura təkcə kinoya baxmaq üçün gəlmirdilər, yox, sərgilər, görüşlər olur, hətta kiçik barları ilə diqqət çəkirdilər. Şəhərin hər yerində afişalar olurdu, bilirdin hansı kinoteatrda nə gedir? İndi kinodan çox bizdə qalmaqal var: biri deyir bu, sədr olacaq, o biri söləyir ki, yox, o birisi olacaq! Özü də kino ilə bağlı kinoçuların özləri də yalan danışır. Neçə ildir bir soz atıblar ortaya: yaxşı kino çəkmək üçün böyük pullar lazımdır! Böyrümüzdə Cəfər

Pənahi sübut elədi ki, qəti belə deyil, yaxşı kino üçün daha çox istedad lazımdır! İndi nə edək, kinomuz zəif olduğu üçün də biçarə çobanlarımızı qınayaq...

Gələk, məsələn, elmə! Burada da bir yalan uydurublar: guya kiçik ölkələrə elm lazım deyil, guya alimin vətəni olmur! Niyə olmur, lap yaxşı olur! Sadəcə, bunu deyən adamların özləri üçün vətən anlayışı yoxdur, bunlara görə vətənə onu soyub-talamaq üçün oğru məmurlar lazımdır! Əlbəttə, biz, məsələn, yüksək enerjilər fizikası, ya kosmik tədqiqatlar sahəsində böyük dövlətlərlə yarışa bilmərik, amma nəzəri fizika, ya riyaziyyatla məşğul olmaq üçün bir kağız-qələm, bir də kompeter lazımdır. Bu da tapılmır?..

Dediyim budur ki, hər məsələnin kökünə gedəndə konkret şeylər çıxır üzə. Millətimizin suçusa budur ki, yaxşı seçici, yaxçı oxucu, dinləyici və ya tamaşaçı deyil. Bunu ona öyrətmək lazımdır, yoxsa bir şey olan kimi “millət, sənə nifrət edirəm, əlvida!” deməyə nə var ki...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR