İnsanlara hürriyət, millətlərə istiqlal!

111 milyon dollar mənimsəyən məmura GÖRÜN NƏ CƏZA VERİLDİ - ŞOK QƏRAR

Çində məhkəmə Çin Kommunist Partiyasının Hubei əyaləti üzrə partiya komitəsinin keçmiş katibi Çyan Çaolyanı (Jiang Chaoliang) 746 milyon yuandan (təxminən 111 milyon dollar) çox rüşvət aldığına görə 2 il təxirə salınmaqla ölüm cəzasına məhkum edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi Nankin şəhər Orta Xalq Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Məhkəmə işinin materiallarında qeyd olunur ki, məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hüquqi və fiziki şəxslərə biznes, kreditləşmə, müqavilələrin bağlanması və karyera irəliləyişi məsələlərində köməklik göstərib. Məhkəmə onun istintaqla əməkdaşlıq etməsini nəzərə alaraq cəzanı yüngülləşdirib - 2 illik təxirəsalma müddətindən sonra ölüm hökmü ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR