Onlayn ictimai-siyasi qəzet
Florentino Perez yenidən klub prezidenti seçildikdən sonra verdiyi açıqlama ilə diqqət çəkib.
İspaniya nəhənginin rəhbəri komandanın gələcək planlarından danışarkən, baş məşqçi postu ilə bağlı yayılan iddialara da münasibət bildirib. Peres, portuqaliyalı mütəxəssis Joze Mourinyonun Madrid təmsilçisinə qayıdacağını təsdiqləyib.
O, komandanın yeni uğurlar qazanmaq üçün güclü heyətə malik olduğunu vurğulayaraq, Mourinyonun yenidən kluba qoşulmasının qürurverici olduğunu deyib. Klub rəhbərinin sözlərinə görə, təcrübəli mütəxəssis həm dünyanın ən tanınmış məşqçilərindən biridir, həm də "Real" ailəsinin bir parçası hesab olunur.
Qeyd edək ki, son aylarda Joze Mourinyonun yenidən "Real Madrid"in sükanı arxasına keçəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilirdi. Təcrübəli çalışdırıcı daha əvvəl 2010-2013-cü illərdə Madrid klubuna rəhbərlik edib və həmin dövrdə komanda ilə bir sıra uğurlara imza atıb./milli.az/

08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ