Onlayn ictimai-siyasi qəzet
Apple ilk iPhone-un 20 illiyi münasibətilə 2027-ci ildə təqdim edilməsi gözlənilən yubiley smartfonu üçün tamamilə yeni dizayn hazırlayır.
Musavat.com xəbər verir ki, Bloomberg-in tanınmış insayderi Mark Qurmanın məlumatına görə, yubiley iPhone-u üçün nəzərdə tutulan şüşə əsaslı dizayn artıq razılaşdırılıb və sınaqdan keçirilir.
Yeni smartfonun korpusunun ön və arxa tərəfi kənarlara doğru yumrulanmış iki şüşə hissədən ibarət olacaq. Bu hissələrin arasında isə metal çərçivə yerləşəcək. Apple-ın ilkin planında cihazı demək olar ki, tamamilə şüşədən hazırlamaq nəzərdə tutulurdu. Lakin belə konstruksiyanın kütləvi istehsalında yaranan çətinliklər səbəbindən şirkət bu ideyadan imtina edib.

Məlumata görə, yubiley modelinin iki versiyasının hazırlanması gözlənilir. Sınaqdan keçirilən ekranların ölçülərinin təxminən 6,4 və 7 düym olduğu bildirilir.
Yubiley iPhone-un 2027-ci ilin sentyabrında təqdim olunacağı gözlənilir. Məhz həmin il Apple-ın ilk iPhone-u satışa çıxarmasından 20 il ötəcək.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ