Onlayn ictimai-siyasi qəzet
Rusiyalı bloqer 2017-ci ildə McDonald’s-dan aldığı “Big Mac” burgerini təxminən 9 il saxladıqdan sonra yenidən yoxlayıb.
Musavat.com xəbər verir ki, burgerin illər keçməsinə baxmayaraq, demək olar ki, dəyişməməsi diqqət çəkib.
"bitbumm_a" ləqəbli bloqer qeyri-adi eksperimentinə 2017-ci ildə başlayıb. O, McDonald’s-dan “Big Mac” alaraq onu uzun müddət saxlamağa və burgerin illər ərzində necə dəyişəcəyini müşahidə etməyə qərar verib.
Bloqer hər il olduğu kimi, bu dəfə də ənənəvi yoxlama aparıb. O, burgerin üst çörəyini qaldıraraq kotletlərin və digər hissələrin vəziyyətini nümayiş etdirib.
Onun sözlərinə görə, ötən bir il ərzində burgerdə demək olar ki, heç nə dəyişməyib. Çörəyin üzərindəki küncüt dənələri tozla örtülüb, aşağı hissədə yaranmış kif isə yayılmasını dayandırıb.
Hazırda “Big Mac”ın yaşı 10 ilə yaxındır.
Sosial şəbəkə istifadəçiləri görüntülərə zarafatla yanaşıblar. Şərhlərdən birində bildirilib ki, əgər bu burger insan olsaydı, artıq məktəbin 4-cü sinfində oxuyardı.
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ