İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış həkim ürək çatışmazlığından VƏFAT ETDİ

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışaraq peşəkarlığı və zəngin təcrübəsi ilə həmkarlarının və rayon ictimaiyyətinin hörmətini qazanıb.

Sahib Rəsulov 1991-ci ildən Göygöl Mərkəzi Rayon Xəstəxanasının Klinik laboratoriya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Onun son iş yeri isə Göygöl rayonunda fəaliyyət göstərən özəl klinikalardan biri olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR