İnsanlara hürriyət, millətlərə istiqlal!

30 ildən sonra tapıldı: “yoxa çıxmış”dı

Taylandda yerləşən şahzadə Sirindhorn adına qoruqda qurulan fototələlər nadir vəhşi pişik növünü yenidən üzə çıxarıb.

Musavat.com xəbər verir ki, söhbət 1995-ci ildən bəri ölkədə qeydə alınmayan yastıbaş vəhşi pişiklərdən ( Prionailurus planiceps ) gedir.

Alimlərin bildirdiyinə görə, fototələlər təkcə bir deyil, bir neçə fərdi, o cümlədən balaları da qeydə alıb. Bu fakt növün bölgədə hələ də yaşadığını və çoxaldığını göstərir. Ümumi sayları hələlik məlum deyil.

Yastıbaş vəhşi pişiklər Cənub-Şərqi Asiyanın ən az öyrənilmiş yırtıcılarından hesab olunur. Təxminən 2 kiloqram çəkisi olan bu heyvanlar qısa bədən quruluşu və incə ayaqları ilə seçilir. Onlar əsasən balıq, qurbağa və digər su canlıları ilə qidalanır.

Xüsusi quruluşlu, pərdəli pəncələri sayəsində bu pişiklər bataqlıq ərazilərdə asanlıqla hərəkət edir və suda ovlanmaqda ustadır. Alimlər tapıntını regionun biomüxtəlifliyi baxımından son illərin ən mühüm kəşflərindən biri adlandırırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR