Onlayn ictimai-siyasi qəzet
Türk teatrının əfsanəvi simalarından olan Necla Uygur 89 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, dəfn mərasiminə incəsənət və ictimaiyyət nümayəndələri də daxil olmaqla, çoxsaylı tanınmış simalar qatılıb.

Lakin mərasimdə ən çox diqqət çəkən məqamlardan biri aparıcı və aktrisa İpek Tanrıyarın geyimi olub.
Dəfn mərasimindən yayılan fotolardan sonra sosial şəbəkə istifadəçiləri Tanrıyarın geyimini müzakirə etməyə başlayıblar. “Başını örtüb, amma dekolte geyinib”, “Dəfn mərasiminə də hörmət qalmayıb?” və “Sadə bir köynək geyinib gəlsəydin, bu qədər diqqət çəkməzdin” kimi rəylər diqqət çəkib.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ