İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO HƏRƏKƏTƏ KEÇDİ: İspaniya, İtaliya və Türkiyə qırıcıları səfərbər olunur

NATO Şərqi Avropadakı müdafiə xəttini möhkəmləndirmək məqsədilə Baltikyanı ölkələrin hava hücumundan müdafiə (HHM) sistemlərini ciddi şəkildə gücləndirmək qərarı alıb.

Musavat.com xəbər verir ki, bu barədə "CBC News" telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Şimali Atlantika Alyansı regionda hava patrulu missiyasını genişləndirərək prosesə İspaniya, İtaliya və Türkiyə hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələri cəlb edib. Bu addım Baltik səmasında təhlükəsizlik zonasının yaradılmasına və potensial hava təhdidlərinin qarşısının dərhal alınmasına hesablanıb.

Eyni zamanda, Latviya sərhəd təhlükəsizliyini təmin etmək üçün pilotsuz uçuş aparatlarına qarşı innovativ layihəyə start verib. Ölkə Rusiya və Belarusla sərhəd boyu müasir radarlardan, eləcə də tutucu dronlardan ibarət keçilməz "dron divarı" (Drone Wall) sistemi formalaşdırır. Bu sistem hava məkanının pozulması hallarını anında təsbit edərək neytrallaşdırmağa imkan verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR