İnsanlara hürriyət, millətlərə istiqlal!

40 ildə ilk dəfə baş verdi – Səudiyyədən ABŞ-yə neft axını dayandı – bu səbəbdən

Yaxın Şərqdə gərginləşən vəziyyət dünya neft bazarında ciddi dəyişikliklərə səbəb olub.

Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanından ABŞ-yə neft tədarükü son 40 ildə ilk dəfə sıfıra enib.

Səudiyyə Ərəbistanının neft ixracında yaranan çətinliklər Yəmən husiləri ilə münaqişənin kəskinləşməsi və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının bağlanması ilə əlaqələndirilir.

Bu vəziyyət ABŞ-ni alternativ neft mənbələri axtarmağa vadar edib. Mövcud şəraitdən əsas faydalanan ölkələrdən biri isə Venesuela olub.

Məlumata görə, Venesuela iyul ayında ABŞ-yə təxminən 600 min barel neft tədarük edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR